AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
2014-11-05
AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR.
2014-cü il 5 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının növbəti Şura iclası keçirilmişdir. Şura üzvləri, Komitə və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə Palata Şurasının aşağıdakı məsələləri müzakirə edilmişdir:
1. «2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı» Dövlət proqramında, 4.3-cü Qiymətli kağızlar bazarında audit işinin təkmilləşdirilməsi, audit şirkətlərinə dair xüsusi tənzimləyici tələblərin müəyyən edilməsi üzrə Auditorlar Palatasının qarşısında duran vəzifələrin icrası;
2. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən aşağıdakı Komitələrin Əsasnamələrinin təsdiq edilməsi:
- Beynəlxalq əlaqələr üzrə;
- Dövlət orqanları və ictimaiətlə əlaqələr üzrə;
- Gənclərlə iş üzrə.
Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.