AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2014-10-10

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2014-cü il 10 oktyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Auditorlar Palatasının Şura üzvləri, Komitə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən Şura iclasında  «Azərbaycan Respublikasında Auditor Xidmətinin İnkişaf Konsepsiyası» nın I fəslinin 1-ci bəndinə və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2013-cü il 19 dekabr tarixli 248/1 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planın 1.2.1 «Auditor xidməti haqqında» Qanunun təkmilləşdirilməsinə dair layihənin hazırlanması» bəndinə müvafiq olaraq Qanun layihəsi müzakirə olunmuşdur.

Geniş diskussiya şəraitində keçən iclasda «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə olunaraq Auditorlar Palatasının Şura üzvləri, Komitə və təşkilat rəhbərlərinin təklif və tövsiyələri nəzərə alınmış, Qanun layihəsinin ictimai müzakirəyə çıxarılması məqsədilə Auditorlar Palatasının internet səhifəsində yerləşdirilməsi və rəy alınması üçün müvafiq qurumlara təqdim edilməsi barədə qərar qəbul edilmişdir.

Eləcə də «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanun layihəsinə dair müvafiq qurumlardan və ictimai müzakirə zamanı daxil olmuş rəy və təkliflərin Qanun layihəsinin hazırlanması məqsədilə Auditorlar Palatası sədrinin 2014-cü il 26 may 1/9 saylı «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi üzərində işlərin yekunlaşması barədə Sərəncamı ilə yaradılmış Redaksiya Şurasında baxılması üçün 2 (iki) ay müddətində vaxt təyin edilməsi qərara alınmışdır.

Daha sonra Palata Şurasının gündəliyində olan aşağıdakı məsələlər müzakirə olunmuşdur:

1. «Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012-2015-ci  illər  üçün  Milli Fəaliyyət Planı» üzrə Auditorlar Palatasının qarşısında duran vəzifələrin icrası;

2. Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında fəaliyyət göstərən “Qanunvericilik və hüquqi məsələlər üzrə Komitənin Əsasnaməsi” nin təsdiq edilməsi;
3. Azərbaycan  Respublikası  Auditorlar  Palatasının  Şurası yanında fəaliyyət göstərən “Mübahisə və Apellyasiyalar üzrə Komitənin Əsasnaməsi” nin təsdiq edilməsi;
4. 2014-cü il 30 sentyabr tarixində Auditorlar Palatası nümayəndə heyətinin Brüsseldə Avropa Parlamentində  “Yeni audit islahatlarının həyata keçirilməsi” mövzusunda dəyirmi masada iştirakı;
5. 2014-cü il 6-7 oktyabr tarixlərində Auditorlar Palatası nümayəndə heyətinin Tiflisdə Dünya Bankının “Avropa Birliyi Qanunvericiliyinin tələblərinin tətbiqi vasitəsilə auditin keyfiyyətinin yüksəldilməsi” mövzusunda beynəlxalq tədbirdə iştirakı və digər məsələlər müzakirə olunmuşdur.

Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.