Auditorlar Palatasının nümayəndəsi Daşkənd şəhərində keçirilmiş MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclasında iştirak etmişdir

Auditorlar Palatasının nümayəndəsi Daşkənd şəhərində keçirilmiş MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclasında iştirak etmişdir

2014-09-25

Auditorlar Palatasının nümayəndəsi Daşkənd şəhərində keçirilmiş MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclasında iştirak etmişdir

Auditorlar Palatasının nümayəndəsi Daşkənd şəhərində keçirilmiş MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclasında iştirak etmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin Elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov 2014-cü il 15-16 sentyabr tarixlərdə Daşkənd şəhərində keçirilmiş MDB İcraiyyə Komitəsi yanında mühasibat Uçotu üzrə Koordinasiya Şurasının 11-ci iclasında iştirak etmişdir.

İclasda MDB dövlətlərində milli mühasibat və audit məsələlərinin çoxsaylı istiqamətləri, BAS-ların tətbiqi, auditor fəaliyyətinin milli tənzimlənməsi sistemlərinin inkişafı, auditorların peşə birliklərinin fəaliyyəti, milli mühasibat və audit qanunvericiliyinin pozulmasına görə məsuliyyət və Koordinasiya Şurasının növbəti illər üçün fəalliyyət planı barədə məsələlər müzakirə edilmiş, təcrübə mübadiləsi aparılmış və hesabatlar dinlənilmişdir. 

Plenar iclasda N.Talıbov «Azərbaycan Respublikasında auditin inkişaf konsepsiyası», «Audit tənzimləyicilərinin müstəqilliyinin təmin edilməsinin Azərbaycan nümunəsi» və «BAS-ların birbaşa tətbiqi təcrübəsi» mövzularında çıxış etmişdir. Eyni zamanda, təcrübə mübadilələri zamanı Avropa İttifaqının 8-ci Direktivinin tələbləri, xüsusilə auditin keyfiyyətinə nəzarət, auditor təşkilatlarının təşkilati hüquqi formaları və digər mövzularda tərəfimdən çoxsaylı təkliflər verilmişdir.