Azərbaycan Auditorlarının nümayəndə heyəti Honkonq şəhərində rəsmi səfərdə olmuşlar

Azərbaycan Auditorlarının nümayəndə heyəti Honkonq şəhərində rəsmi səfərdə olmuşlar

2014-07-11

Azərbaycan Auditorlarının nümayəndə heyəti Honkonq şəhərində rəsmi səfərdə olmuşlar

AZƏRBAYCAN AUDİTORLARININ NÜMAYƏNDƏ HEYƏTİ HONKONQ ŞƏHƏRİNDƏ RƏSMİ SƏFƏRDƏ OLMUŞLAR

"Audit-Azərbaycan İnstitutunun prezidenti, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü il 3-4 iyul tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən "Asiya Daxili Auditorlar İnstitutları rəhbərlərinin Liderlər Forumu"nda iştirak etmişdir. 

20-yə yaxın ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən “Asiya Daxili Auditorlar İnstitutları rəhbərlərinin Liderlər Forumu”nda daxili auditin gələcəyi, rüşvətxorluq və korrupsiyaya qarşı son nailiyyətlər, müəssisə və təşkilatların daxili audit və daxili nəzarətdən ümid və gözləntiləri, yeni nəsil daxili auditorlar üçün vasitə və metodologiyalar kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Azərbaycanın nümayəndə heyəti bütün bu istiqamətlər üzrə ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü islahatlar, müasir quruculuq işləri və daxili auditə dövlət tərəfindən göstərilən diqqət və qayğı barəsində, habelə beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi istiqamətində görülən işlər haqda məlumat vermişlər.

Səfər müddəti ərzində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi baxımından Honkonq və Avstraliya Daxili Auditorlar İnstitutları ilə Azərbaycan auditorlarının “Audit-Azərbaycan İnstitutu” arasında əməkdaşlıq sazişlərinin bağlanması barədə müvafiq razılığa gəlinmişdir.

Səfər zamanı əldə edilən materiallar audit sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqi istiqamətində möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.