Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

2014-01-29

Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Beynəlxalq Audit standartlarının və onların şərhinin, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tərcüməsi barədə məlumat.


2014-cü il 29 yanvar tarixində Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı sədrinin 2013-cü il 25 noyabr tarixli 41 saylı sərəncamına uyğun olaraq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaradılmasının 21-ci ildönümünün qeyd olunması ilə əlaqədar Auditorlar Palatası ilk ərazi təşkilatında 2014-cü il 29 yanvar tarixində tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə YAP Auditorlar Palatası ərazi ilk təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmasından danışdı və geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədr müavini, İdarə Heyətinin üzvü Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Rayon Şurasının üzvü, “91”lərin nümayəndəsi Hacan Hacıyev Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummmilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 21 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məruzə ilə çıxış etmişlər. Onlar qeyd etmişlər ki, 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əmin-amanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu öndər Heydər Əliyevin davamçılarıdır. Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Səbail rayon təşkilatında bu gün 107 ilk ərazi təşkilatında 22636 nəfər üzv vardır. Təşkilat üzvlərinin 55,7%-ni qadınlar təşkil edir, təşkilatın 65,2%-i gənclərdir. O bidirmişdir ki, YAP bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni  Azərbaycan yaranır.

Bu məsələ ilə bağlı Auditorlar Palatasının əməkdaşları, üzvləri və Yeni Azərbaycan Partiyasının üzvləri (Qəşəm Bayramov, Səbuhi Gülməmmədov, Avtandil Əliyev, Kamil Hüseynov və başqaları) çıxış edərək Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışmışlar. Qeyd olunmuşdur ki, ölkədə əldə olunan uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq. Bir daha YAP-nın Səbail rayon təşkilatının yaranmasının 21 ili və bizim ərazi təşkilatının isə 17 ilinin tamam olmаsı münasibətilə təbrik etdilər və gələcək işlərində uğurlar arzuladılar.

Tədbirdə 9 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərinin hazırlanmasında və keçirilməsində xüsusi ictimai-siyasi fəaliyyətinə görə fərqlənmiş YAP-nın bir qrup üzvlərinə (Səbuhi Gülməmmədov, Kamil Hüseynov, Nazim İsmayılov, Rüstəm Ələkbərov, Elmira Hacıyeva) “Fəxri Fərman”lar, Azərbaycan auditinin inkişafında xüsusi xidmətlərə, yüksək peşəkarlığa, ictimai həyatda fəal iştiraklarına görə və milli audit sistemində uzun illərdir işləmiş Auditorlar Palatasının 3 nəfər üzvünə (Elçin Əliyev, Xaləddin Əliyev, Yasin Şirinov) “Azərbaycan Respublikasının fəxri auditoru” döş nişanı verilmiş və Auditorlar Palatasında çalışan 5 gənc əməkdaş (Məmmədzadə Samir Məmmədbağır oğlu, Hacıyeva Nərmin İsmayıl qızı, Vəlirzayeva Şəfiqə Lətif qızı, Gülməmmədova Səbinə Səbuhi qızı və Zeynallı İmam Baxış Əfqan oğlu) Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişlər.