Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.

2013-12-04

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası arasında 2013-cü il 04 dekabr tarixində Əməkdaşlıq Sazişinin imzalanması ilə əlaqədar tədbir keçirilmişdir. 

Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə keçirdiyi beynəlxalq tədbirlərin və qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışdı. V.Novruzov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək iki tərəf arasında imzalanmış sazişin çox böyük əhəmiyyəti olduğunu və gələcəkdə görüləcək işlərin daha intensiv yerinə yetiriləcəyini bildirdi.

Sonra Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının prezidenti Nuriyyə Novruzova çıxış edərək hər iki qurum arasında uzun müddətdir əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və Auditorlar Palatasından daim dəstək gördüklərini bildirdi. N.Novruzova da bu əlamətda gün münasibətilə hamını təbrik etdi və gəlcək işlərdə müvəffəqiyyətlər arzuladı.           


Sazişin məqsədi Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) tamhüquqlu üzvü olan Azərbaycan Respublikasının Auditorlar Palatası və Beynəlxalq peşəkar təşkilatların Azərbaycanda akkreditasiya olun-muş regional mərkəzi olan Azərbaycan Professional Maliyyə Menecerləri Asso-siasiyasının Infosystem-LINK tədris mərkəzi ilə daha səmərəli birgə fəaliyyətlərini təmin etməkdən ibarətdir.

Tərəflər aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:

- Auditor, maliyyə və mühasib kadrlarının İFAC-ın üzvlük tələblərinə müvafiq olaraq hazırlanmasında müvafiq tədris materiallarını təqdim etmək sahəsində qarşılıqlı işgüzar informasiya mübadiləsinin həyata keçirilməsi;

- Audit, maliyyə və mühasib ixtisasları üzrə ölkə iqtisadiyyatının inkişafı üçün gənc iqtisadçıların hazırlanması və peşəkar səviyyəsinin artırılması üçün şəraitin yaradılması;

- Ölkədə maliyyə, mühasibat uçotu, audit sahəsində beynəlxalq standartlarının tətbiqi yolu ilə beynəlxalq statuslu kadrların hazırlanması və daima təkmilləşdirilməsi;

- Öz səlahiyyətləri çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı işçi görüşlərin, dəyirmi masaların, elmi-praktiki konfransların, seminarların və simpoziumların təşkil edilməsi;

- Tədris prosseslərin və metodiki vəsaitlərin təkmilləşdirilməsi barədə birgə təkliflərin hazırlanması;

- Kütləvi informasiya vasitələrinin imkanlarından istifadə etməklə audit, mühasibat və maliyyə qanunvericiliyinin tətbiqi və digər məsələlərə dair mütəxəssislərin məlumatlandırılması;

- Assosiasiyanın nəşr etdiyi “Finansist” jurnalının maliyyə, mühasibat uçotu və auditi sahəsində elmi-praktik vəsait kimi  təbliği və inkişafı;

- “Finansist” jurnalında auditlə bağlı materialların dərc edilməsi;

- Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və auditə dair vəsaitlərin hazırlanması və nəşr etdirilməsi;

- Beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və yerli xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilməsi;

- Qarşılıqlı maraq doğuran və qanunvericiliyə zidd olmayan digər sahələrdə əməkdaşlıq edilməsi.