2013-cü il 19 noyabr tarixində Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
2013-11-20
Auditorlar Palatası ilk ərazi təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı sədrinin 2013-cü il 07 noyabr tarixli 38 saylı sərəncamına uyğun olaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünün yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Auditorlar Palatası ilk ərazi təşkilatında 2013-cü il 19 noyabr tarixində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Auditorlar Palatası ərazi təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük aparıcı partiyası yerini tutmasından danışıb və geniş məruzə ilə çıxış etmişdir.
Bu məsələ ilə bağlı Auditorlar Palatasının əməkdaşları və Yeni Azərbaycan Partiyasının üzvləri (Fəxrəddin İsmayılov, Qəşəm Bayramov, Cəmaləddin Axundov, Səbuhi Gülməmmədov, İbiş Əliyev, Eldəniz İsgəndərov, Avtandil Əliyev, Kamil Hüseynov, Həyat Əlizadə və başqaları) çıxış edərək bir daha YAP-nın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdilər və gələcək işlərində uğurlar arzuladılar.