Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Rumıniya Maliyyə Auditorları Palatasının təşkilatçılığı ilə təşkil edilmiş “Regional peşəkar iclas”da iştirak etmişdir.
2013-11-13
Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Rumıniya Maliyyə Auditorları Palatasının təşkilatçılığı ilə təşkil edilmiş “Regional peşəkar iclas”da iştirak etmişdir.
2013-cü ilin 06-08 noyabr tarixlərində Buxarest şəhərində Rumıniya Maliyyə Auditorları Palatasının təşkilatçılığı ilə Beynəlxalq Audit Standartları tətbiq olunmaqla cari audit islahatlarına dair “Regional peşəkar iclas” keçirilmişdir.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbirdə iştirak etmişdir.
Rumıniya Maliyyə Auditorları Palatasında keçirilən iclasda Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycanda audit və hesabatlılıq” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
V.Novruzov öz təqdimatında ölkəmizdə auditin inkişafı və şəffaflığın yüksəldilməsi istiqamətində prezident İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramları, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat, habelə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə uyğun olaraq, layihəsi üzərində iş başa çatdırılan “Beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf Konsepsiyasının (2012-2020-ci illər)” əsas müddəaları tədbir iştirakçılarının müzakirəsinə təqdim olunmuş və böyük maraqla qarşılanmışdır.
V.Novruzovun məruzəsi Rumıniya Maliyyə Auditorları Palatasının “Audit Practices” jurnalında dərc olunması üçün təşkilatçılar tərəfindən qəbul edilmişdir.
Səfər müddətində bir sıra ölkələrin təmsilçiləri ilə işgüzar görüşlər keçirilərək Azərbaycan Respublikasında iqtisadi islahatların aparılması, maliyyə hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat uçotu və audit sahəsində əldə edilən uğurlar və həyata keçirilən tədbirlər barədə onlara geniş məlumat verilmiş, müvafiq materiallar ölkəmizdə tətbiq edilmək məqsədilə respublikamıza gətirilmişdir.
Səfər zamanı əldə edilən materiallar şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə auditin təkmilləşdirilməsi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaqdır.
I HİSSƏ
II HİSSƏ