“Audit: qanunvericilik və normativ sənədlər” toplusunun VII cildi çapdan çıxmışdır.

“Audit: qanunvericilik və normativ sənədlər” toplusunun VII cildi çapdan çıxmışdır.

2013-10-23

      

       “Audit: qanunvericilik və normativ sənədlər” toplusunun VII cildi çapdan çıxmışdır.


Toplu iqtisadi qanunvericiliyin, konkret olaraq audit qanunvericiliyinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında auditor xidmətinin təşkili və tənzimlənməsi üzrə qanunvericilik və normativ hüquqi aktlar toplusu olan bu nəşrin I cildi 1998-ci ildə, II cildi 2002-ci ildə, III cildi 2005-ci ildə, IV cildi 2007-ci ildə, V cildi 2009-cu ildə, VI cildi 2011-ci ildə nəşr edilmiş və həmin cildlərə, müvafiq olaraq, dövlət müstəqilliyimizin bərpasının ilk ilindən 2011-ci il iyulun 1-dək olan dövrdə auditlə bağlı qəbul olunmuş, yaxud dəyişiklik və əlavələr edilmiş qanunvericilik aktları və normativ sənədlər toplanmışdır.
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun ümumi rəhbərliyi altında hazırlanmış və bu günlərdə işıq üzü görmüş toplunun VII cildinə isə 2011-ci iyulun 1-dən 2013-cü il iyulun 1-dək olan dövrdə və ya daha əvvəllər qəbul edilmiş qanunvericilik və normativ hüquqi aktlar daxil edilmişdir.
Auditorlar, təsərrüfat subyektlərinin rəhbərləri və mühasibləri, iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, habelə müvafiq sahənin tədqiqatçıları üçün nəzərdə tutulmuş "Audit: qanunvericilik və normativ sənədlər" toplusunun növbəti cildini "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər)" icraçı təşkilatlarından biri olan Auditorlar Palatası üçün nəzərdə tutulmuş 3.1.2.5-ci bəndin - "Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına keçidlə əlaqədar mühasibat uçotu və audit fənləri üzrə tədrisin yenidən təşkili ilə bağlı tədris materiallarının hazırlanması" bəndinin yerinə yetirilməsinə operativ töhfə hesab etmək olar.