25 sentyabr 2013-cü il tarixdə Auditorlar Palatasında

25 sentyabr 2013-cü il tarixdə Auditorlar Palatasında "Auditdə keyfiyyətə nəzarətin aktual problemləri" mövzusunda seminar keçirilmişdir.

2013-09-27

25 sentyabr 2013-cü il tarixdə Auditorlar Palatasıda "Auditdə keyfiyyətə nəzarətin aktual problemləri" mövzusunda seminar keçirilmişdir.

25 sentyabr 2013-cü il tarixdə Auditorlar Palatasında "AUDİTDƏ KEYFİYYƏTƏ NƏZARƏTİN AKTUAL PROBLEMLƏRİ" mövzusunda seminar keçirilmişdir.

25 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Auditorlar Palatası Polşa Milli Auditorlar Palatasının Varşava filialı ilə birlikdə "Auditdə keyfiyyətə nəzarətin aktual problemləri" mövzusunda seminar keçirilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd inkişaf etmiş dünya ölkələrinin təcrübəsinin öyrənilməsi və bu təcrübədən faydalanmaq olmuşdur.

Seminarda bazar infrastrukturu sahəsi   kimi tanınan, iqtisadi proseslərin şəffaflıq prizmasından işıqlandırılmasında, sahibkarlıq sahəsində sağlam rəqabət mühitinin formalaşdırılmasında və inkişafında mühüm əhəmiyyət kəsb edən auditor xidmətlərinininin rolunun vacibliyi və eləcə də bu sahədə   auditin keyfiyyətinə nəzarət, onun  aktual problemləri barədə təcrübələr nümayiş olunmuşdur.

Seminar zamanı Polşa Milli Auditorlar Palatasının Varşava filialının Prezidenti cənab Stanislav Leszekin mövzu ilə bağlı geniş təqdimatı olmuşdur.    

Sonda mövzu ətrafında müzakirələr aparılmış və seminar iştirakçılarının sualları cavablandırılmışdır.