Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Ukrayna Auditorlar Palatası və Ukrayna Auditorlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilmiş “Audit 20 yaş: naliyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

2013-06-04

Azərbaycan Respublikası Auditorlar Palatasıı nümayəndə heyəti Ukrayna Auditorlar Palatası və Ukrayna Auditorlar Birliyinin birgə təşkilatçılııı ilə təşkil edilmiş

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti Ukrayna Auditorlar Palatası və Ukrayna Auditorlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilmiş “Audit 20 yaş: naliyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

2013-cü il 30 may - 1 iyun tarixlərində Kiyev şəhərində Ukrayna Auditorlar Palatası və Ukrayna Auditorlar Birliyinin təşkilatçılığı ilə “Audit 20 yaş: naliyyətlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Auditorlar Platasının sədri iqtisad elmləri doktoru, professor Vahid Novruzov və Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov yubiley tədbirində iştirak etmişdir.

Vadim Getman adına Kivey Milli İqtisadiyyat Universitetində keçirilən plenar iclasda Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycanda audit” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının auditorları adından qonaqları salamlayan Vahid Novruzov ilk əvvəl dəvətə görə minnətdarığını bildirdi, daha sonra “Auditor fəaliyyəti haqqında” Ukrayna Qanununun 20-ci il dönümü münasibəti ilə Ukrayna Auditorlar Palatasının və Ukrayna Auditorlar Birliyinin rəhbərliyini və kollektivi səmimiyyətlə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Vahid Novruzov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti nəticəsindəölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmilləşdirilməsinə daim əhəmiyyət verildiyindən, audit sisteminin  beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülmüş mühüm işlərdən, bu sahədə qəbul olunmuş qanunlardan, hazırkı problemlər və onların həlli yolları haqqında ətraflı danışaraq tədbir iştirakçılarına məlumat verdi.

Daha sonra tədbirə qatılan digər xarici audit qurumları rəhbərlərinin məruzələri dinlənilərək çıxışlar ətrafında geniş müzakirələr aparıldı.