2012-ci il 12 oktyabr tarixində Auditorlar Palatasında müvafiq qurumların iştirakı ilə “Dəyirmi masa” keçirilmişdir

2012-ci il 12 oktyabr tarixində Auditorlar Palatasında müvafiq qurumların iştirakı ilə “Dəyirmi masa” keçirilmişdir

2012-10-12

2012-ci il 12 oktyabr tarixində Auditorlar Palatasında müvafiq qurumların iştirakı ilə

2012-ci il 12 oktyabr tarixində Auditorlar Palatasında müvafiq qurumların iştirakı ilə “Dəyirmi masa” keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar müvafiq qurumların iştirakı ilə 2012-ci il 12 oktyabr tarixində “Dəyirmi masa” keçirilmişdir.

Dəyirmi masanın işində Azərbaycan Respublikası Milli Məclisinin  İqtisadi siyasət komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə, Rusiya Auditorlar Kollegiyasının sədri Aleksandr Ruf və üzvü İrina Tutina ilə yanaşı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin, Azərbaycan Universitetinin, Bakı Biznes Universitetinin, Azərbaycan Bank Tədris Mərkəzinin, GRBS Tədris Mərkəzinin nümayəndələri iştirak etmişlər və mövzu ətrafında öz fikirlərini söylədilər. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədricənab Vahid Novruzov açaraq, iştirakçıları salamladı və tədbirin aktuallığından danışaraq ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş belə bir mühüm Dövlət Proqramlarında nəzərdə tutulmuş vacib məsələlərin müvafiq qurumların qarşısında qoyduğu problemlərin həllindən danışdı.




Tədbirdə son illərdə şəffaflığın artırılması və maliyyə nəzarətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin nəticələri, bu sahədə mövcud olan problemlər, qanunvericiliyin təkmilləşdiril- məsi istiqamətləri, o cümlədən, “Daxili audit haqqında” Azərbaycan Respublikası- nın Qanunu, maliyyə nəzarəti orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və onlar arasında əlaqələrin koordinasiyası, beynəlxalq standartların tətbiqi, maraqlar toqquşmasının qarşısının alınması, etik-davranış üzrə hesabatlılığın yaradılması, elektron nəzarət sisteminin yaradılması və tətbiqi, məcburi auditdən yayınmanın qarşısının alınması mexanizmlərinin hazırlanması, kadr hazırlığı və digər məsələlər müzakirə predmeti olmuş, faydalı fikir mübadilələri aparılmışdır.