Daxili Auditorların “Audit-Azərbaycan İnstitutu”nun nümayəndə heyəti Avropanın Daxili Audit İnstitutları Konfederasiyasının Liderlər Forumu və Baş Assambleyasında iştirak etmişdir
2012-09-27

Daxili Auditorların “Audit-Azərbaycan İnstitutu”nunnümayəndə heyəti Avropanın Daxili Audit İnstitutları Konfederasiyasının Liderlər Forumu və Baş Assambleyasında iştirak etmişdir
“Audit-Azərbaycan İnstitutu”nun prezidenti Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti 2012-ci ilin 15 sentyabr tarixində Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçirilən Avropanın Daxili Audit İnstitutları Konfederasiyasının (ECIIA) Liderlər Forumunda və Baş Assambleyasının iclasında iştirak etmişdir.
Baş Assambleyada ECIIA-nın 2011-ci il üzrə maliyyə hesabatlarının auditi dinlənildi və 2013-cü il üçün büdcəsi müzakirə edilərək təsdiq edilmişdir. Assambleyada ECIIA-nın İdarə Heyətinin və Audit Komitəsinin yeni üzvləri təyin edilmişdir. İdarə Heyətinin üzvləri ECIIA-nın yeni prezidenti vəzifəsinə ECIIA-nın vitse-prezidenti xanım Mariya Helen Laimayi seçdilər.
ECIIA-nın növbəti Baş Assambleyasının 2013-cü ilin 3-4 oktyabr tarixlərində Avstriyanın paxtaxtı Vyana şəhərində, 2014-cü ildə isə Dubayda keçirilməsi barədə qərar qəbul edilmişdir.
ECIIA-nın Prezidenti Mariya Helen Laimay ilə görüş zamanı Konfederasiyanın iclaslarından birinin Azərbaycanda keçirilməsi barədə ilkin razılıq əldə olunmuşdur. Müzakirələr zamanı şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli tədbirlər və maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi barədə Baş Assambleyanın iştiarkçılarına geniş məlumatlar verilmişdir.