Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 2012-ci il 25-29 iyul tarixlərində Sank-Peterburq şəhərində işgüzar səfərdə olmuşdur
2012-07-31

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 2012-ci il 25-29 iyul tarixlərində Sank-Peterburq şəhərində işgüzar səfərdə olmuşdur
Rusiya Federasiyasının Sank-Peterburq şəhərinin Auditorlar Palatasının rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 2012-ci il 17 iyul tarixli razılıq məktubuna əsasən, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov 2012-ci il 25-29 iyul tarixlərində Sank-Peterburq şəhərində işgüzar səfərdə olmuşdur.
Səfər müddətində əvvəlcədən razılaşdırılmış razılığa əsasən Azərbaycan Respublikasının Auditorlar Palatası və Sank-Peterburq Auditorlar Palatası arasında strateji əməkdaşlıq barədə saziş imzalanmışdır.
Eyni zamanda auditor xidmətində Beynəlxalq Mühasibat Uçotu və Audit Standartların tətbiqi, maliyyə hesabatlarında şəffaflığın artırılması, auditin inkişafı və təkmilləşdirilməsi istiqamətində aktual mövzular üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
Səfər zamanı əldə edilmiş təcrübə və metodik materiallar möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə beynəlxalq standartların tətbiqi və şəffaflığın artırılması haqqında göstərişlərinin həyata keçirilməsi məqsədilə Auditorlar Palatası tərəfindən müvafiq tədbirlərin görülməsində tətbiq ediləcəkdir.
İlkin razılaşmaya əsasən Rusiya auditorlarının cari ilin sentyabr-oktyabr aylarında ölkəmizə işgüzar səfəri nəzərdə tutulur.