Dünya Bankının Maliyyə Hesabatının İslahatı Mərkəzi ilə Auditorlar Palatasının rəhbərliyi arasında işgüzar görüş keçirilmişdir

Dünya Bankının Maliyyə Hesabatının İslahatı Mərkəzi ilə Auditorlar Palatasının rəhbərliyi arasında işgüzar görüş keçirilmişdir

2012-07-27

Dünya Bankının Maliyyə Hesabatının İslahatı Mərkəzi ilə Auditorlar Palatasının rəhbərliyi arasında işgüzar görüş keçirilmişdir
Dünya Bankının Maliyyə Hesabatının İslahatı Mərkəzinin sədri cənab Henri Fortin və Maliyyə İdarə etməsi üzrə Baş Mütəxəssis cənab Yan Til ilə Auditorlar Palatasının rəhbərliyi arasında işgüzar görüş keçirilmişdir.
Görüşün məqsədi Qara Dəniz və Cənubi Qafqaz ölkələri üzrə korporativ maliyyə hesabatlarının islahatı və potensialın inkişafı üzrə təklif olunan regional proqram təqdim etməkdən ibarət olmuşdur.
Görüş zamanı nümayəndə heyətinə Azərbaycan auditi barəsində ətraflə məlumat verilmiş, son iki ildə audtə dair nəşr olunmuş 10-a yaxın kitab təqdim edilmişdir. Habelə Auditorlar Palatasının beynəlxalq peşəkar qurumlarla və xarici ölkələrin audit və mühasibat tənzimləyiciləri ilə əlaqədar məsələlər müzakirə edilmişdir.
Görüşdə Palatanın beynəlxalq əməkdaşlıq təcrübəsi və potensialının mövcudluğu xüsusi vurğulanmışdır.