Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndəsi Rusiya Federasiyasının Samara şəhərində keçirilən «Samara təşəbbüsü: klaster siyasəti – milli iqtisadiyyatın innovasiya inkişafının təməlidir» VI Regionlararası İqtisadi Forumda iştirak etmişdir
2012-07-11

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndəsi Rusiya Federasiyasının Samara şəhərində keçirilən «Samara təşəbbüsü: klaster siyasəti – milli iqtisadiyyatın innovasiya inkişafının təməlidir» VI Regionlararası İqtisadi Forumda iştirak etmişdir.
Mühasiblərin, Maliyyə Menecerlərinin və İqtisadçıların Milli İnstitunun (Samara şəhəri, Rusiya Federasiyası) dəvətinə əsasən Elmi-metodik məsələlər üzrə sədrin müşaviri N.Talıbov 4-7 iyul 2012-ci il tarixlərdə Rusiya Federasiyasının Samara vilayətinin Samara şəhərində keçirilən «Samara təşəbbüsü: klaster siyasəti – milli iqtisadiyyatın innovasiya inkişafının təməlidir» VI Regionlararası İqtisadi Forumda iştirak etmişdir.
Forumda Rusiya Federasiyasının federasiya subyektlərindən, habelə Almaniya, Rumıniya və Qazaxstandan nümayəndə heyətləri iştirak etmişlər.
Forumun plenar iclasında və bölmə iclaslarında klaster siyasəti və əlaqəli mövzulara dair çoxsaylı məruzələr, çıxışlar dinlənilmiş, diskussiyalar təşkil olunmuşdur. İlk bölmə iclasında N.Talıbov tərəfindən «Azərbaycan auditinin müasir vəziyyəti və inkişaf perspektivləri» mövzusunda çıxış edilmişdik. Forum iştirakçılarının müraciətlərinə əsasən «Azərbaycanda auditin predmetləri: mühasibat hesabatlılığı və vergi uçotu» mövzusunda əlavə məruzə söylənilmişdir.
Forum barədə məlumat Rusiyanın mərkəzi kütləvi informasiya vasitələri, o cümlədə «Vesti» teleproqramı tərəfindən ətraflı işıqlandırılmışdır.