Bakı şəhərində «Daxili audit: reallıqlar və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Bakı şəhərində «Daxili audit: reallıqlar və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

2012-05-10

Bakı şəhərində

2012-ci il 03-04 may tarixlərində Bakı şəhərində  «Daxili audit: reallıqlar və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 29 iyun tarixli Fərmanı ilə qüvvəyə minmiş “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə daxili auditin təşəkkülü və inkişafı sahəsində mühüm əhəmiyyət kəsb etməklə bərabər, xarici ölkələrdə dərin maraq doğurmuş və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Şəffaflığın artırılması sahəsində möhtərəm Prezidentimizin kursuna dəstək məqsədilə, Azərbaycan İqtisadçılar İttifaqı, Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Universiteti və “Audit-Azərbaycan İnstitutu” İctimai Birliynin birgə təşkilatçılığı ilə 2012-ci ilin 03-04 may tarixlərində “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmişdir. Konfransın işində iştirak etmək üçün Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyasının İdarə Heyətinin üzvü xanım Kristina Bernotaite 2012-ci il 02-05 may tarixlərində Bakıda işgüzar səfərdə olmuşdur.
Konfransa başlamamazdan əvvəl tədbir iştitakçıları mayın 3-də “Fəxri xiyaban”a gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli avtomoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülmüşdür.
Konfransı giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Universitetinin professoru Akif Musayev, Azərbaycan İqtisadçılar İttifaqının vitse-prezidenti Elşad Səmədzadə və Avropa İttifaqının Аzərbaycan Respublikasındakı nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəisi Federiko Berna açaraq, əvvəlcə iştirakçıları salamladılar və sonra “Daxili audit: reallıqlar və perspektivlər” mövzusunun əhəmiyyətindən və vacibliyindən danışdılar.

    

Tədbirdə xarici qonaqla yanaşı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın, Hesablama Palatasının, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, BP-nin (British Petroleum), “Azərenerji” ASC-nin, “Bakıelektrikşəbəkə” ASC-nin, “Azərbaycan Sənaye Sığorta” ASC-nin və “Unibank” ASC-nin nümayəndələri iştirak etmişdir.
Konfransda daxili auditin iqtisadi inkişafda və şəffaflığın artırılmasında rolu, onun qarşısında duran problemlər, beynəlxalq təcrübə nəzərə alınmaqla daxili auditin genişləndirilməsi, maarifləndirmə və əməkdaşlıq üzrə 20-dən artıq məruzə dinlənilmiş və onların ətrafında müzakirələr aparılmışdır.
Tədbirin gedişi KİV-də geniş işıqlandırılmışdır.
Konfransın 2-ci günü mayın 4-ü Daxili Auditorlar İnstitutunun Avropa Konfederasiyası (ECIIA), Azərbaycan Respublikasının Auditorlar Palatası və “Audit-Azərbaycan İnstitutu” İctimai Birliyi arasında daxili auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.
Konfransın nəticələrinə dair hazırlanmış tövsiyələr yaxın vaxtlarda müvafiq qurumlara təqdim ediləcəkdir.