Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (AYRNK) nümayəndə heyətinin Azərbaycana monitorinq səfəri çərçivəsində 2012-ci il aprelin 4-də Azərbaycan Respublikası Auditorlar Palatasında monitoriq görüşü keçirilmişdir
2012-04-17

Monitorinqə AYRNK nümayəndə heyətinin sualları cavablandırılmış, Palatanın fəaliyyətiə ilə bağlı izahedici materialların və normativ aktların ingilis dilində tam dəstlə (çap şəklində və elektron daşıyıcıda) təqdim edilmişdir. Yüksək işgüzarlıq şəraitində keçən görüş zamanı Palata rəhbərliyi tərəfindən nümayəndə heyətini maraqlandıran bütün məsələlərə dair ətraflı məlumat verilmişdir.
Görüşdə Cənab Yos Vinen (Jos Wienen)– Niderland (Katviykin meri), Yerli Hakimiyyətlər Palatası, Avropa Xalq Partiyası/Xristian Demokratlar qrupu; Nümayəndə heyətinin rəhbəri, Xanım Qudrun Mosler-Törnström (Gudrun Mosler-Törnström)– Avstriya (Salzburq Parlamentinin vitse- prezidenti), Regionlar Palatası, Konqresin Sosialistlər qrupu Cənab Zoltan Şente (Zoltan Szente)– məsləhətçi (Macarıstan), Konqresin Avropa Yerli Özünüidarəetmə Xartiyası üzrə Müstəqil Ekspertlər qrupunun üzvü Xanım Stefani Puarel (Stephanie Poirel) – Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin katibi , habelə Palatanın məsul şəxsləri iştirak etmişlər.