Vahid Novruzov Tapdıq oğlu


Sədr, iqtisad elmləri doktoru, professor 

NOVRUZOV Vahid Tapdıq oğlu

Tel.: 012/498-28-55 (daxil: 300)

Qəbul günü: çərşənbə axşamı, saat 15.00-dən 18.00-dək

1950-ci il yanvarın 7-də
 Qərbi Azərbaycanın Allahverdi rayonunda müəllim ailəsində anadan olmuşdur.

1966-cı ildə Bakı şəhərindəki 31 №-li orta məktəbi bitirmiş və  elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Universitetini, 1999-cu ildə isə Bakı Asiya Universitetini bitirmişdir.

1972-1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.

1979-1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə-Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.

1992-1996-cı illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır.

 

1994-cü ildən Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir
 

1978-ci ildə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda «Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi» mövzusunda  namizədlik dissertasiyası, 1990-cı ildə isə həmin institutda «Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri» mövzusunda doktorluq  dissertasiyası müdafiə etmişdir.

180-dən artıq elmi əsərin və 5 monoqrafiyanın müəllifidir. 2000-ci ildə  professor elmi adı almışdır.

 

2018-ci ildən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir.

2019-cu ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəyasət heyətinin üzvü seçilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 6 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir

2020-ci ilin 29 sentyabr tarixində Ağsaqqallar şurasının sədr müavini seçilmişdir.

2020-ci ilin  sentyabr ayında Gürcüstan Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin fəxri üzvü seçilmişdir. 

2022-ci ilin 18 iyun tarixində Elm və təhsil sahəsində müstəsna xidmətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının  “Qızıl döş nişanı"  ilə təltif edilib. Eyni zamanda BEA AB-nın İdarə Heyətinin üzvü seçilib.

2023-cü il 30 yanvar tarixində  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “AHİK-30 il” yubiley döş nişanı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli Sərəncamı ilə  "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.


1996-cı il aprelin 5-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədri vəzifəsində işləyir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. İki övladı var. 

Qalareya