Konfrans - tövsiyələr

Azərbaycan Respublikası Auditorlar Palatasının

20 illik yubileyinə həsr olunmuş “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda 2016-cı il 4-5 aprel tarixlərində keçirilmiş beynəlxalq elmi-praktik konfransa təqdim olunmuş məruzə və tezislər üzrə hazırlanmış

 

TÖVSİYƏLƏR

I. Auditin təşkili və tənzimlənməsi

  1. Auditor xidmətinin göstərilməsində beynəlxalq audit standartlarının və Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tətbiqinin qanunvericilikdə təsbit olunması; 
  2. Auditor təşkilatları yaradılarkən və fəaliyyət göstərərkən onların tərkibində auditorun olması tələbinin qanunvericilikdə təsbit edilməsi;
  3. Auditor xidməti göstərilməsi prosesində məcburi audit subyektlərinin rəhbərlərinin və vəzifəli şəxslərin hüquq, vəzifə və məsuliyyətinin qanunvericilikdə təsbit olunması;
  4. Auditor  yoxlamasının  planlaşdırılması  mərhələsində risklərin dərəcəsinin müəyyən edilməsi işinin təşkili;
  5. İnvestisiya auditinin genişləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi;
  6. İqtisadi inkişafın perspektivlərini müəyyənləşdirməyə yönəldilmiş auditor xidmətinin təşkili;
  7. Səmərəlilik auditinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;
  8. İdarəetmə auditinin təşkili;
  9. İnnovasiya auditinin təşkili;
  10. Auditor fəaliyyətində yüksək texnologiyaların tətbiqindən geniş istifadə edilməsinə nail olunması;
  11. Auditor xidməti göstərilən zaman qeyri-maddi aktivləri qiymətləndirmək üçün meyarların müəyyən edilməsi;
  12. Audit sahəsində antiinhisar və ədalətli rəqabətin təmin edilməsi istiqamətində tələblərin qanunvericilikdə təsbit olunması;
  13. Auditorların korrupsiyaya qarşı mübarizə sahəsində öhdəlik və məsuliyyətinin qanunvericilikdə müəyyən edilməsi;
  14. Auditor xidmətinin keyfiyyətinə nəzarət sisteminin çevik tətbiqinə nail olunması istiqamətində təxirəsalınmaz zəruri tədbirlərin görülməsi;
  15. Vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması sahəsində auditor yoxlamasının rolunun artrılması;
  16. Fəaliyyətin əsas meyar göstəriciləri nəzərə alınmaqla məcburi auditin əhatə dairəsinin beynəlxalq təcrübəyə uyğun olaraq müəyyənləşdirilməsi;
  17. Xarici audit təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində işlərin canlandırılması;
  18. Auditin inkişafını şərtləndirən əsas amillərdən biri kimi yüksək səviyyəli audi­tor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması;
  19. Auditorlar Palatası tərəfindən təşkil edilən ixtisasartırma kurslarının daimi, icbari və davamlı xarakter daşımasının təmin edilməsi;
  20. Auditin təbliği və maarifləndirmə sahəsində fəaliyyətin intensivləşdirilməsi;
  21. Auditə dair metodoloji və tövsiyə xarakterli materialların hazırlanmasında təkcə auditorların deyil, auditor xid­məti istifadəçilərinin də rəy, təklif və tövsiyələrinin nəzərə alınması;
  22. Audit sisteminin dayanıqlığının yüksəlməsi üçün audit fəaliyyəti ilə məşğul olan şəxslərin sayının artırılması, qadınların və gənclərin audit sahəsinə cəlb olunmasının genişləndirilməsi.

II. Təsərrüfat subyektlərində daxili nəzarət sisteminin təşkili

  1. Auditor təşkilatlarında daxili nəzarət sisteminin zəruriliyinin auditor xidməti haqqında qanunvericilikdə təsbit olunması;
  2. Təsərrüfat subyektlərində daxili audit xidmətinin təşkili üzrə metodik material və tövsiyələrin hazırlanması;
  3. Daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər kompleksinin işlənib hazırlanması və tətbiqində əməli köməklik göstərilməsi;
  4. Müstəqil auditorlarla təsərrüfat subyektlərinin audit komitələri və daxili auditorları arasında əlaqələrin gücləndirilməsi.

III. Maliyyə hesabatlarında şəffaflığın təmin edilməsi

  1. Maliyyə hesabatlarının Beynəlxalq Standartlarından geniş surətdə istifadənin təmin edilməsində auditin rolunun artırılması;
  2. Müstəqil auditorun hesabatının təsərrüfat subyektinin maliyyə hesabatlarının tərkib hissəsi kimi tanınması;
  3. Qanunvericiliklə nəzərdə tutulduğu hallarda məcburi auditin obyektləri tərəfindən maliyyə hesabatlarının müstəqil auditor hesabatı ilə birlikdə dərc etdirilməsi ilə əlaqədar məsuliyyətin qanunvericilikdə təsbit olunması;
  4. Maliyyə hesabatlarının düzgün və səmərəli təşkilinə praktiki yardım göstərilməsi istiqamətində auditor xidmətinin təşkilinin genişləndirilməsi;
  5. Maliyyə nəzarətinin effektivliyinin artırılması  və maliyyə sektorunun fəaliyyətinin tənzimlənməsi və ona nəzarət üzrə vəzifələrin idarələrarası əlaqələndirilməsi məsələsinin lazımi səviyyədə təminatı;
  6. Maliyyə hesabatları hazırlanan zaman ümumi qaydalardan kənarlaşmaya yol verildiyi hallarda bu kənarlaşma hallarının, kənarlaşmanın səbəblərinin maliyyə hesabatlarına əlavə olunan izahlı qeydlərdə geniş şəkildə açıqlanması.