Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında görüş keçirilmişdir

2019-10-28

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında görüş keçirilmişdir

 



 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında görüş keçirilmişdir

2019-cu il 24 oktyabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında Auditorlar Palatasında görüş keçirilmişdir.

Görüşdə ACCA-nin Qafqaz ölkələri üzrə rəhbəri Zhanetta Onyshuk, MDB ölkələrinin portfeli üzrə rəhbəri Vera Starodubtseva, İnkişaf etməkdə olan bazarlar  üzrə müvəqqəti direktor Magda Krupa Hernandez, Regional inkişaf üzrə menecer (işəgötürənlər) Denys Shchur, Regional inkişaf üzrə menecer (universitetlər, tədris provayderləri və milli orqanlar) Victoria Volotovska, Audirorlar Palatasının sədri, professor Vahid Novruzov, İcraçı direktoru Səbuhi Gülməmmədov, Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Kadr hazırlığı şöbəsinin müdiri Elmira Behbudova, “Davud Mamedov” MMC-nin direktoru, ACCA-nın üzvü Davud Məmmədov, “BDO AZƏRBAYCAN” MMC-nin direktoru, ACCA-nın üzvü Yunis Salayev, "TNM Audit" MMC-nin direktoru Nəcəf Talıbov, "KPMG Audit Azərbaycan" MMC-nin auditoru, ACCA-nın üzvü Muradxanova Nəsibə iştirak etmişdir.

Görüşü giriş sözü ilə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq qonaqları salamladı və qeyd etdi ki, hələ 2007-ci ilin 20 iyun tarixindən bəri 2 peşəkar qurum arasında imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığa başlanılmış və onu ildən ilə daha da möhkəmləndirərək sıx əlaqələr yaradılmışdır. Belə ki, keçən dövr ərzində ACCA-in müxtəlif ranqlı təmsilçiləri Auditorlar Palatası tərəfindən təşkil edilmiş və keçirilmiş beynəlxalq tədbirlərdə mütəmadi olaraq yaxından iştirak və çıxış etmiş, audit və mühasiblıq sahəsində peşənin inkişafına dair dəyərli fikirlər səsləndirmişlər.

O vurğulamışdır ki, 2019-cu ilin 13 iyun tarixində ARAP və ACCA arasında yenilənmiş Anlaşma Memorandumu imzalanmışdır və əməkdaşlığın belə bir inkişaf trayektoriyası bizim üçün tədris standartlarımızın daha da yüksək səviyyəyə qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Biz ACCA üzvləri ilə sıx əməkdaşlıq edirik, onları təlimçi qismində seminarlara, ixtisasartırma proqramlarına dəvət edirik, müxtəlif işçi qruplarında onların peşəkar təcrübəsindən və biliklərindən faydalanırıq. Biz maraqlıyıq ki, Auditorlar Palatasının üzvləri sırasında ACCA-nın akkreditasiyasını keçmiş və müvafiq sertifikatlara yiyələnmiş auditorların sayı mümkün qədər çox olsun.

Tədbirdə ARAP və ACCA arasında yenilənmiş Anlaşma Memorandumundan irəli gələn məsələlər və qarşıda duran öhdəliklər  iştirakçılar tərəfindən ətraflı şəkildə müzakirə olunmuş və ACCA tərəfindən Auditorlar Palatasına peşəkar inkişaf və təlim resurslarından istifadə etmək imkanının verilməsi və Azərbaycanda auditor və mühasib peşəsinin inkişafı sahəsində əməkdaşlıq üzrə geniş fikir mübadiləsi aparılmışdır.

Ümid edirik ki, ARAP və ACCA arasında müzakirə edilmiş məsələlər üzrə yaxın günlərdə praktiki işlərə başlanılacaqdır.