Azərbaycan Respublikası Auditorlar Palatasında 25 oktyabr 2019-cu il tarixində növbəti “Dəyirmi masa” təşkil olunmuşdur.

2019-11-04

“Dəyirmi masa”da  Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramov  tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il üzrə İş planının layihəsi Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri - Nəcəf Talıbov tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədin layihəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında  Auditorlar Palatasının təklifləri və Sərbəst auditor Yasin Şirinov tərəfindən təqdim edilmiş sərbəst auditorlar tərəfindən ödənilən Məcburi dövlət sosial sığortası bərədə təkliflərin layihəsi məruzə olunmuşdur. Məruzələr ətrafında geniş müzakirələr aparıldı və layihələrə  dair “dəyirmi masa” üzvləri və iştirakçılar tərəfindən konkret təkliflər verildi. Sonda təkliflər  və iradlar nəzərə alınmaqla hər bir sənədin layihəsinin yenidən işlənilib hazırlanması qərara alındı.