2019-cu il 31 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:
2019-11-13

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu ilin III rübü üzrə fəaliyyətinin yekunlarına dair hesabat barədə;
2. Sərbəst auditorların və auditor təşkilatlarının 2019-cu il üzrə I yarımillik hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması barədə;
3. İctimai əhəmiyyətli qurumlarda və publik hüquqi şəxslərdə maliyyə hesabatlarının auditini aparan kənar auditorlara qarşı xüsusi tələblər barədə;
4. Auditor adı almaq üçün imtahanların proqramının təsdiq edilməsi barədə;
5. “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası” ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair Metodik tövsiyələrə” əlavələr edilməsi barədə;
6. Azərbaycan dilinə tərcümə edilmiş Beynəlxalq Audit Standartlarının 2017-ci il versiyasının II cildinin istifadəsi barədə.