2019-cu il 11 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir

2019-12-11

2019-cu il 11 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir

 




2019-cu il 11 dekabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının növbəti iclası keçirilmişdir. Şura üzvlərinin və Palatanın Şurası yanında Komitə sədrlərinin iştirak etdiyi Şura iclasında aşağıdakı məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir:

1. Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin 2019-cu ilin 9 ayı üzrə fəaliyyətinin yekununa dair hesabatı barədə;

2. Azərbaycan Respublikası Auditorlar Palatasının 2019-cu il üzrə iş planında dəyişiklik edilməsi barədə;

3. Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən “Fəxri üzv” statusunun verilməsi barədə; 

4. Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin qüvvədəolma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahan barədə.