Azərbaycan Respublikasının Auditorlar Palatası “Şəffaflıq və audit” mövzusunda ən yaxşı jurnalist yazılarının və elmi tədqiqat məqalələrinin müsabiqəsini keçirir. Müsabiqədə iştirak etmək istəyənlər mətbuatda çap olunmuş məqalələrini 2020-ci ilin 1 dekabr tarixinədək Auditorlar Palatasının Müsabiqə komissiyasına təqdim etməlidirlər (Ünvan: Bakı şəhəri, S,Y,Bakuvi küçəsi 35; əlaqələndirici şəxs: Nəcəf Talıbov; əlaqə telefonları: (012) 465-65-35, 465-65-48. E-mail: audit-azerbaijan@audit.gov.az).
Qaliblər Müsabiqə komissiyası haqqında əsasnaməyə uyğun olaraq mükafatlandırılacaqlar.
Auditorlar Palatasının Müsabiqə komissiyası