| Sıra №si | Məcburi audit subyektləri | Məcburi auditdən keçmənin qanunvericilikdə təsbiti və əsası |
| 1. | İctimai əhəmiyyətli qurumlar | “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 12-ci maddəsinə əsasən. |
| 2. | Məhdud məsuliyyətli cəmiyyətlər | Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən. |
| 3. | Səhmdar cəmiyyətləri | Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.6-cı maddəsinə əsasən. |
| 4. | Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə yaradılmış Səhmdar cəmiyyətləri. | Nizamnamələrinə əsasən. |
| 5. | Banklar və digər kredit təşkilatları | “Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən. |
| 6. | Sığorta təşkilatları və cəmiyyətləri | “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən. |
| 7. | İnvestisiya fondları | “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ saylı Qanununun 26-cı maddəsinə əsasən. |
| 8. | Maliyyə-sənaye qrupları | “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ saylı Qanununun 16-cı maddəsinə əsasən. |
| 9. | Fondlar və birjalar | Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115.3-cü maddəsinə əsasən. |
| 10. | Qiymətli kağızların emitentləri | Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1078-ci maddəsinə əsasən. |
| 11. | Büdcədənkənar fondlar | Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115-ci maddəsinə əsasən. |
| 12. | Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər) | “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 12-ci maddəsinə əsasən. |
| 13. | Təbii inhisar fəaliyyəti subyektləri | “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 1-ci maddəsinə əsasən. |
| 14. | Publik hüquqi şəxslər | “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı Qanununa və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən. |
| 15. | Siyasi Partiyalar | “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı ( 2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 14.6-cı maddəsinə əsasən. |
| 16. | Bələdiyyələr və bələdiyyə müəssisələri | “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 772-IQ saylı Qanununun 10,13-cü maddələrinə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli 358-IIQ saylı Qanununun 11.14, 39.1-ci maddələrinə əsasən. |
| 17. | Kənd təsərrüfatı kooperativləri | “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun 5.4-cü maddəsinə əsasən. |