Azərbaycan Republikasının Auditorlar Palatasında 2020-ci ilin 08 may tarixində “COVID-19 böhranı: Maliyyə hesabatları və audit üzrərindəki nəticələri” mövzusunda növbəti vebinar keçirilmişdir
COVİD-19-un yayıldığı bir şəraitdə yaranmış vəziyyət iqtisadiyyatda şəffaflığın təmin olunmasında,kölgə iqtisadiyyatına qarşı mübarizədə Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsində, iqtisadi resurslardan səmərəli istifadə edilməsində, iqtisadi təhlükəsizliyin təmin olunmasında əvəzedilməz önəm kəsb edən və maliyyə hesabatlarının şəffaflığının əsas təminatçılarından olan audit peşəsi - müstəqil audit üçün də təsirsiz ötüşməmişdir. Hazırki şəraitdə auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrinə dəstək verilməsi məqsədilə Auditorlar Palatası tərəfindən kompleks tədbirlər görülməkdədir. Belə ki, yeni dövrün çağırışları işimizdə mütərəqqi və innovativ metodların tətbiqini, yeni prosedurlardan bəhrələnməyi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etikası Məcəlləsinə və digər normativ hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.
Ölkəmizdə uğurla həyata keçirilən və yaxın zamanlarda müsbət nəticələrin şahidi olacağımız iqtisadi siyasətin reallaşdırılması istiqamətində ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında gördüyü işlərə dəstək və bu dəstəyin səmərəliliyinin təmin edilməsi məqsədilə, Auditorlar Palatası tərəfindən audit və mühasibat üzrə beynəlxalq qurumların, habelə xarici dövlətlərin müvafiq tənzimləyicilərinin təcrübəsi diqqətlə öyrənilir. Eyni zamanda milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla lokal tədbirlərin tətbiqi sahəsində də araşdırmalar aparılır. Bu istiqamətdə nəticəli tədbirlərin həyata keçirilməsi məqsədilə Auditorlar Palatası tərəfindən 2020-ci il 08 may tarixində auditor təşkilatalarına və sərbəst auditorlara “COVID-19 böhranı: Maliyyə hesabatları və audit üzrərindəki nəticələri” mövzusunda distant vebinar keçirilmişdir.
Vebinarda audit sahəsində mövcud vəziyyət,maliyyə hesabatlarının hazırlanması, auditin təşkili və keçirilməsinə, müəssisələrdə risklərin idarəedilməsinə dair mütərəqqi beynəlxalq təcrübə, o cümlədən, Rusiya, Qazaxstan və Turkiyənin təcrübəsi nəzərə alınmaqla hazırlanmış auditin aparılmasına dair tövsiyələr müzakirə edilmişdir.
Vebinarda giriş sözü söyləyən Palata sədrinin müşaviri Fəqan Qarayev hamını salamladı və koronavirus dövründə pandemiyaya qarşı mübarizədə audit sahəsində bu günə qədər Auditorlar Palatasının gördüyü işlər barədə geniş məlumat verdi. Vebinarzamanı F.Qarayev Koronavirusun (Covid-19) Maliyyə hesabatları və audit üzərindəki nəticələrinə, müəssisənin risk qiymətləndirməsinə təsiri barədə məruzə etmiş və pandemiya dövründə audit aparılarkən 315 saylı "Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi", 500 saylı “Müstəqil audit sübutları”, 505 saylı “Kənar mənbədən təsdiqləmələr”, 540 saylı “Uçot qiymətləndirmələrinin, o cümlədən ədalətli dəyər qiymətləndirmələrinin və əlaqəli açıqlamaların auditi”, 550 saylı “Əlaqəli tərəflər”, 570 saylı “Müəssisənin fəaliyyətinin fasiləsizliyi ehtimalı”, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 701 saylı “Müstəqil auditorun hesabatında əsas audit məsələləri haqqında məlumat vermə”, 705 saylı “Müstəqil auditorun hesabatında fərqli rəylər”, 706 saylı “Müstəqil auditorun hesabatında izahedici paraqraflar və digər məsələlər paraqrafları”, 720 saylı “Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti” Beynəlxalq Audit Standartlarının tələblərinə xüsusi olaraq riayət edilməsini auditorlara tövsiyə etmişdir.
Daha sonra Palatanın Şurası yanında Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri, “TNM Audit” MMC-nin direktoru Nəcəf Talıbov çıxış edərək pandemiya şəraitində beynəlxalq təcrübə nəzərə alınmaqla pandemiyanın auditə təsiri, audit sifarişçisi olan təsərrüfat subyektlərinin fəaliyyətinə təsiri və auditorların fəaliyyətinə təsiri mövzuları ətrafında çıxış edərək öz fikirlərini dinləyicilərə çatdırdı.
İşgüzar şəraitdə keçən vebinarda mövzu ətrafında mövcud vəziyyət, qarşıda duran problemlər və onların həllinə dair Palatanın əməkdaşları və auditorlar tərəfindən peşəkar müzakirələr aparılmışdır.
Vebinarın gedişində qərara alınmışdır ki, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların təqdim etdikləri təklif və tövsiyələr Palata tərəfindən nəzərə alınsın və pandemiya şəraitinin tələbləri nəzərə alınmaqla auditə dair normativ hüquqi sənədlərdə, habelə mövcud metodiki bazanın təkmilləşdirilməsi istiqamətindətəxirəsalınmaz tədbirlər görülsün.
Azərbaycan Respublikası Auditorlar Palatasının İşçi Qərargahı
Qalareya