VƏLİYEV İlqar Əflatun oğlu
Tel.: 012/492-83-09
E-mail: baku@az.ey.com
1973-cü il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə orta məktəbini, 1993-cü ildə Beynəlxalq təşkilatın Beynəlxalq Biznes Məktəbi İnkişaf Assosiasiyasını fərqlənmə ilə bitirmişdir.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadiyyat üzrə magistr dərəcəsini alaraq fərqlənmə ilə bitirmişdir.
1994-cü ildə "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə işçi vəzifəsində işləmişdir. 1995-1996-cı illərdə "Ernst & Young şirkətinin, Moskvada yerləşən ofisində audit üzrə mütəxəssis vəzifəsində işləmişdir.
1996-1998-ci illərdə "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. 1998-2001-ci illərdə "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə menecer vəzifəsində işləmişdir.
2001-2003-cü illərdə "Ernst & Young" London ofisinə ezamiyyə edilmişdir.
2003-2006-cı illərdə "Ernst & Young" şirkətinin Bakı ofisində audit üzrə baş menecer vəzifəsində işləmişdir. 2007-ci ildən isə "Ernst & Young" şirkətinin Bakı ofisinin İdarəedici Partnyoru vəzifəsində işləyir.
2010-cü il avqustun 2-dən Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.
İlqar Vəliyev Diplomlu Mühasib, Amerika Diplomlu Mühasiblər İnstitutu (ABŞ) və Azərbaycan Respublikasının Auditorlar Palatasının lisenziyalı auditorudur, audit şirkətlərində iş stajı 18 ilə bərabərdir.
Dünya Bankı, Avropa İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən maliyyələşdirmiş şirkətlərin auditi üzrə mühüm iş təcrübəsinə malikdir.
Həmçinin “Ernst & Young” şirkətinin Gürcüstanda və Türkmənistanda ofislərinin açılması və inkişafında aktiv iştirak etmişdir.
Ailəlidir. İki övladı var.