CƏFƏROV Altay Mürsəl oğlu
1974-cü il martın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olmuşdur.
1981-ci ildə orta məktəbə getmişdir.
1991-ci ildən əmək fəaliyyətinə başlamışdır.
1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1991-2001-ci ilə qədər bir çox təşkilatlarda baş mühasib, maliyyə direktoru, maliyyə, vergi məsələləri üzrə məsləhətçi kimi çalışmışdır.
25 iyun 2001-ci il tarixindən Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziya (razılıq) əsasında auditor fəaliyyəti ilə məşqul olur.
2003-cü ildən hal-hazırkı tarixədək sərbəst auditor kimi fəaliyyətini davam etdirir.
2010-cu il avqustun 4-dən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvüdür.
2014-cü il avqustun 28-dən Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının üzvüdür.
Ailəlidir. İki övladı var.