Azərbaycan Respublikası Auditorlar Palatasında 07 iyun 2019-cu il tarixində növbəti “Dəyirmi masa” təşkil olunmuşdur.

Azərbaycan Respublikası Auditorlar Palatasında 07 iyun 2019-cu il tarixində növbəti “Dəyirmi masa” təşkil olunmuşdur.

2019-06-15

Azərbaycan Respublikası Auditorlar Palatasında 07 iyun 2019-cu il tarixində növbəti “Dəyirmi masa” təşkil olunmuşdur.






“Dəyirmi masa”da  Auditorlar Palatasının Aparatının rəhbəri Qəşəm Bayramov  tərəfindən təqdim edilmiş “Auditorların və auditor təşkilatlarının müstəqilliyi haqqında ” Qaydaların layihəsinin və “Auditorların peşə məsuliyyətinin auditor xidmətindən istifadə edənlərə və ictimaiyyətə şərhinin çatdırılmasına dair  metodik  vəsait”in layihəsinin müzakirəsi keçirilmişdir. Palatanın İcraçı direktoru, Auditin təşkili, hesabatlılıq və təhlil şöbəsinin müdiri Səbuhi Gülməmmədov və Auditor fəaliyyətinə dair hüquqi məsələlər üzrə komitənin sədri Elçin Qurbanov tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlarının (vəzifəli şəxslərin) xüsusi hesabatı barədə Qayda və hesabat forması”nın layihəsi məruzə olunmuşdur. Məruzələr ətrafında geniş müzakirələr aparıldı və layihələrə  dair “dəyirmi masa” üzvləri və iştirakçılar tərəfindən konkret təkliflər verildi. Sonda təkliflər  və iradlar nəzərə alınmaqla hər üç sənədin layihəsinin yenidən işlənilib  Auditorlar Palatası şurasının müzakirəsinə  təqdim olunması qərara alınmışdır.