Auditorlar Palatasının nümayəndəsi 21 may 2019-cu il tarixdə Moskva şəhərində təşkil olunan "Mühasib və auditor peşəsinin əsası olan Etika Məcəlləsi: çağırışlar və imkanlar" adlı Beynəlxalq konfransda, habelə 22 may 2019-cu il tarixdə Avrasiya regionundan olan İFAC üzvlərinin iştirakı ilə keçirilən Dəyirmi masada iştirak etmişdir
2019-06-10
Auditorlar Palatasının nümayəndəsi - Elm və auditin metodoloji təminat komitəsinin sədri Nəcəf Talıbov 21 may 2019-cu il tarixdə Moskva şəhərində təşkil olunan "Mühasib və auditor peşəsinin əsası olan Etika Məcəlləsi: çağırışlar və imkanlar" adlı Beynəlxalq konfransda, habelə 22 may 2019-cu il tarixdə Avrasiya regionundan olan İFAC üzvlərinin iştirakı ilə keçirilən Dəyirmi masada iştirak etmişdir. Hər iki tədbirin təşkilatçıları Rusiya auditorlar İttifaqı, İFAC, İESBA, İAASB, İCAEVV və Rusiya peşəkar mühasiblər institutu (İPBR) olmuşdur. Konfransda İESBA sədri d-r Stavros Tomadakis "Böhrandansonrakı dövrdə etika əsas sual kimi", İESBA -nın texniki direktorları Ken Sionq və Ceyms Qann "Yeni Etika Məcəlləsi" mövzularında məruzələr təqdim etmiş, Rusiya, Qazaxstan, Özbəkistan, Moldova və ölkəmizin nümayəndə heyətləri bu sahədəki yerli təcrübə barəsində məlumat vermişlər. Tədbirlərdə eyni zamanda RF Maliyyə nazirliyinin, Litva Auditorlar Palatasının, Rusiya auditorlar ittifaqının, "Finekspertiza" təşkilatının nümayəndələri iştirak və çıxış etmişlər.
Tədbirlərdə mövzular ətrafında müzakirələrdə Auditorlar Palatasının nümayəndəsi - Elm və auditin metodoloji təminat komitəsinin sədri Nəcəf Talıbov iştirak etmiş, habelə iştirakşıların çoxsaylı suallarını cavablandıraraq ölkəmizdə auditə Dövlət qayğısı və ölkə başçısının diqqəti barədə ətraflı məlumat vermişdir.