31 may tarixində auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanın hazırlanması məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir.
2019-06-03
31 may tarixində auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanın hazırlanması məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir. Tədbirdə Auditorlar Palatasının sədri Vahid Novruzov, Yunis Salayev, Nəcəf Talıbov, Qoşqar Əhmədov, Davud Məmmədov, Səftər Vəlizadə, Aqşin Əhmədov, Səbinə Gülməmmədova iştirak etmişdirlər.
Müzakirə zamanı konsepsiyanın hazırlanması istiqamətləri üzrə fikir mübadiləsi edilmiş, işçi qrupunun üzvləri arasında iş bölgüsü aparılmış və vəzifələr müəyyən edilmişdir. Hər ay toplanması nəzərdə tutulan işçi qrupu auditdə innovasiyaların tətbiqi üzrə konsepsiyasının bu ilin payızında başa çatdırılması məqsədilə kankret vəzifələr müəyyən etmişdir.