Auditorlar Palatasında 2021-ci il 24-26 may tarixlərində keçiriləcək vebinarlar barədə
E L A N
Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının
və sərbəst auditorların nəzərinə
Rusya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən 2021-ci ilin 21-22 aprel tarixlərində distant şəkildə keçirilmiş “MDB ölkələrində auditorun peşə fəaliyyətinin inkişafının əsas istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda müzakirə edilmiş mövzulara dair Auditorlar Palatası tərəfindən Zoom platforması üzərindən aşağıdakı qrafik üzrə vebinarlar keçiriləcəkdir.
2021-ci il 24 may tarixində keçiriləcək vebinarın mövzuları:
-
Rusiya Federasiyasında auditor fəaliyyətinin inkişafı: 11:00-11:45
Məruzəçilər: Aparatın rəhbəri Q.Bayramov, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədov.
-
Belarus Respublikasında auditor peşəsinin inkişafı və problemləri: 11:45-12:30
Məruzəçilər: Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi E.İbrahimov, Keyfiyyətə nəzarət üzrə komitənin sədri N.Yusifov, Şəffaflığın təminatı, dempinq və haqsız rəqabətə qarşı mübarizə üzrə komitənin sədri Ü.Fətiyev.
2021-ci il 25 may tarixində keçiriləcək vebinarın mövzuları:
1. MDB ölkələrində “Böyük dördlüyün” fəaliyyətinin praktiki aspektləri: 11:00-11:45
Məruzəçilər: Sədrin müşaviri, Beynəlxalq əlaqələr üzrə komitənin sədri F.Qarayev, Beynəlxalq əlaqələr üzrə komitənin sədr müavini, “KPMG Audit Azərbaycan” MMC-nin direktor-auditoru N.Muradxanova.
2. MDB ölkələrində auditor peşəsinin inkişafının əsas istiqamətləri: 11:45-12:30
Məruzəçilər: Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadov, Auditor təşkilatlarının inkişafına dəstək üzrə komitənin sədri Zamin Hüseynov.
2021-ci il 26 may tarixində keçiriləcək vebinarın mövzuları:
1. İFAC-ın Avropa Audit Birliyi regionu üçün mühasibat təhsilinə yeni yanaşma perspektivləri: 11:00-11:45
Məruzəçilər: Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi V.Rəhimov, Kadr hazırlığı idarəsinin rəisi E.Behbudova.
2. Dələduzluq və fəaliyyətin davamlılığı: Maliyyə hesabatları ekosisteminin gücləndirilməsi üçün tövsiyələr: 11:45-12:30
Məruzəçilər: Sədrin elmi-metodik məsələlər üzrə müşaviri, Elm və auditor fəaliyyətinin metodoloji təminatı üzrə komitənin sədri N.Talıbov, Palatanın Şura üzvü, sərbəst auditor A.Cəfərov.
İclasa qoşulmaq üçün vebinarın başlama vaxtından 15 dəqiqə əvvəl aşağıdakı linkə keçid etməyiniz zəruridir:
Идентификатор конференции: 528 293 2267
Код доступа: ARAP2020
Hörmətlə,
Sədrin müşaviri Fəqan Qarayev
Tel.: 012 498 28 55
Mob.: 055 727 74 77