Əhmədov Misir Zaman oğlu


1951-ci il avqustun 16-da Sabirabad rayonunda anadan olmuşdur.

1982-ci ildə Moskva Xalqlar Dostluğu Kooperativ İnstitutunun Mühasibat uçotu fakültəsini bitirmişdir.

1976-1993-cü illərdə (17 il) Azərittifaqın təftiş komissiyasının baş müfəttişi işləyib.

1993-1996-cı illərdə DİN-nin nəzdində Audit baş ekspert işləyib.

1996-cı il avqustun 23-dən sərbəst auditor kimi fəaliyyətə başlamışdır.

1997-ci il iyunun 3-dən hal-hazıradək “Azərbeynəlxalq Audit Xidməti” MMC-nin direktor-auditoru kimi fəaliyyət göstərir.

15.03.2004-cü il tarixdən hal-hazıra kimi Amerika- Azəbaycan Audit İnstitutunun daimi üzvüdür.

2010-cu ildə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 1730 nömrəli Sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Qalareya