1953-cü il noyabrın 14-də Ucar rayonunun Çiyni kəndində anadan olmuşdur.
1982-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirmişdir.
2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakultəsini bitirmişdir.
1996-cı il mayın 16-da Azərbaycan Respublikası Auditorlar Palatasının Auditor xidməti departamentinə direktor müavini vəzifəsinə qəbul olunmuşdur.
1998-ci il yanvarın 16-da Lisenziyalaşdırma və xarici əlaqələr departamentinə direktor müavini vəzifəsinə təyin olunmuşdur.
2016-cı il aprelin 4-də Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2003-cü il iyulun 29-da Daxili audit departamentinə direktor müavini vəzifəsinə keçirilmişdir.
2004-cü il yanvarın 2-də Daxili audit departamentinin ləğv olunması ilə əlaqədar Keyfiyyət və rəqabətin tənzimlənməsi departamentinə direktor müavini vəzifəsinə keçirilmişdir.
2005-ci il aprelin 3-də Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur
2010-cu il iyulun 15-də Audtin tənzimlənməsi, təşkili və şəfafflığın təminatı idarəsinə rəis vəzifəsinə keçirilmişdir.
2012-ci il yanvarın 5-də Auditin tənzimlənməsi və şəffaflığın təminatı idarəsinin rəisi və Korrupsiyaya qarşı mübarizə və daxili audit şöbəsinə müdir vəzifəsinə keçirilmişdir.
2013-cü il yanvarın 7-də Keyfiyyətə nəzarət və hüquqi təminat idarəsinin rəisi-Hüquqi təminat şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
2015-ci il sentyabrın 1-də Auditin hüquqi təminatı və standlaşdırma idarəsisinin rəisi
olmuşdur.
2018-cü il yanvarın 4-də Auditin hüquqi təminatı və dövlət orqanları ilə iş idarəsinə rəis vəzifəsinə keçirilmişdir.
2019-cu il yanvarın 3-də Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinə keçirilmişdir.
2020-ci il yanvarın 7-də Hüquqi təminat idarəsinə idarə rəisi vəzifəsinə təyin olunmuşdur.
2020-ci il dekabrın 10-da vəfat etmişdir.
Qalareya