1971-ci il aprelin 25-də Tovuz rayonunda anadan olmuşdur.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İstehsalın iqtisadiyyatı və idarə edilməsi" fakültəsini bitirmişdir.
2000- il yanvarın 5-də sərbəst auditor kimi fəaliyyətə başlamışdır.
2002-ci və 2007-ci illərdə Auditorlar Palatası tərəfindən sərbəst auditorlar arasında keçirilmiş müsabiqədə 1-ci yer tutaraq "Ən yaxşı sərbəst auditor" adına layiq görülmüşdür.
2004-2014-cü illərdə Auditorlar Palatasının Şura üzvü olmuşdur.
2016-cı il yanvarin 27-dən hal-hazıradək “ANR Audit” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir.
2008-ci ildə Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 04 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qalareya