Əliyev Fuad Eyyub oğlu  



1967-ci il aprelin 17-də Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə  D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrufatı inistitutunun  İstehsalat və xidmət  sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsini, 2000-ci ildə isə Azərbaycan Dövlət  İqtisad Universitetinin İstehsalat və xidmət  sahələrinin iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir.
1999-2003-cü illərdə Auditorlar Palatasının üzvü Sərbəst auditor kimi fəaliyyət göstərmiş, 2003-cü ildən hal hazıradək “F.N. Audit Service” MMC-in direktor-auditoru kimi fəaliyyətini davam etdirir.
2001-ci ildə Azərbaycan Respublikası tərəfindən ən yaxşı sərbəst auditor adı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya