Rəhimova Nigar Məmməd qızı

1940 il iyulun 31-də Gəncə şəhərində (keçmiş Kirovabad) anadan olmuşdur.
1965-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “ Xalq təsərrufatının planlaşdırılması” fakültəsini bitirmiş və “İqtisasçı” ixtisasına yiyələnmişdir.
1993-1996 cı illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində "Azəraudit" Mərkəzində baş müfəttiş ekspert, auditor vəzifələrində, 1996-2001 ci illərdə Azərbaycan Respublikasının Auditorlar Palatasının Auditor xidməti departamentində auditor vəzifəsində və 2001-2011 ci illərdə sərbəst auditor vəzifəsində çalışmışdır.
1997-2011 ci illərdə Azərbaycan Respublikanı təmsil edərək, eyni zamanda audit peşəsinə dair biliklərini artırmaq və təkmilləşdirmək məqsədi ilə Almaniyada, Hindistanda, Polşada və Türkiyədə təhsil kurslarında iştirak edib,müvəfəqiyyətlə bitirib, sertifikatlar əldə etmişdir. 2012-ci ildə təqaüdə çıxmışdır.
1987-ci ildə Ali Soveti Prezidiumunun Fərmanı ilə “Əmək veteranı” medalı ilə,1998 ci ildə Auditorlar Palatası tərəfindən ”Əmək veteranı” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2016-ci il tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qalareya