Rəhimov Vəli Rəhim oğlu

1965-ci il martın 4-də anadan olmuşdur.
Leninqrad İİ-nun Bakı filialını Maliyyə-kredit ixtisası üzrə bitirmişdir.
1996-cı il avqustun 12-də Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə departamentinə baş mühasibin müavini vəzifəsi ilə fəaliyyətə başlamışdır.
1996-cı il avqstun 16-da Maliyyə departamentinin direktoru-baş mühasib vəzifəsinə keçirilmişdir.
2005-ci il yanvarın 3-də İşlər İdarəsinin müdiri olmuşdur.
2006-cı il yanvarın 5-də Maliyyə-təsərrüfat şöbəsinin müdiri olmuşdur.
2010-cu il yanvarın 5-də Maliyyə və informasiya təminatı İdarəsinin rəisi təyin olunmuşdur.
2012-ci il yanvarın 5-də maliyyə və təsərrüfat idarəsinin rəisi-baş mühasib vəzifəsinə keçirilmişdir
2013-ci ildə Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüşdür.
2019-cu il yanvarın 3-də Maliyyə və təşkilatı-texniki təminat İdarəsinin rəisi-baş mühasib vəzifəsinə təyin olunmuşdur.
2020-ci il yanvarın 27-də Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi təyin olunmuşdur.

Qalareya