Vəliyev İlqar Əflatun oğlu


1973-cü il mayın 11-də Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Maddi ehtiyatların idarə edilməsi və istehsalat vasitələrinin topdan satış ticarətinin təşkili” ixtisasını bitirmişdir. İqtisadiyyat üzrə elmlər magistridir.
2006-cı il yanvarın 30-dan ABŞ-ın Lisenziyalı İctimai Mühasibidir (CPA).
2007-ci il yanvarın 29-dan hal-hazıradək “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru kimi fəaliyyət göstərir.
2013-cü ildə Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüşdür.
Auditorlar Palatası Şurasının üzvüdür.

2015-ci il martın 20-də ABŞ-ın Çikaqo şəhərinin Çikaqo Universitetinin "Booth" Biznes Məktəbində “İşgüzar idarəetmə” ixtisası üzrə magistr təhsilini almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 04 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2016-cı il mayın 9-dan İngiltərə və Uelsin Lisenziyalı Mühasiblər İnstitutunun Müxbir üzvüdür (ACA).

Qalareya