Abbasov Çingiz Abbas oğlu

1952-ci il martın 10-da Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur.
1969-cu ildən 1973-cü ildə D. Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Ticarət İqtisadiyyatı” fakültəsini bitirmişdir.
1998 il martın 1-dən oktyabrın 16-dək "Qarant Audit" təşkilatında mütəxəssis vəzifəsində işləmişdir.
1998-2008-ci illərdə sarbəst auditor kimi fəaliyyət göstərmişdir.
2008-ci il fevralın 6-dan hal-hazıradək "İqtisadçı Audit" MMC-də direktor-auditor vəzifəsində işləyir.
2012-ci ildə Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qalareya