Bayramov Vəli Oruc oğlu

1956-cı il  oktyabr 30-da Qərbi Azərbaycanın Krasnosel rayonunda anadan olmuşdur.
1981-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Mühasibat uçotu”  ixtisasını bitirmişdir.
15 yanvar 1997-ci ildən hal-hazıradək Sərbəst auditor kimi fəaliyyət göstərir.
2016-cı ildə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli  Sərəncamı ilə  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya