Əliyev Elçin Məmmədəli oğlu

1962-ci il iyunun 26-da Bakı şəhərində anadan olmuşdur.
1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Riyaziyyat əlavə fizika”  ixtisasını bitirmişdir.
2001-ci ildən Auditorlar Palatasının üzvüdur. Keyfiyyətə Nəzarət Komitəsinin Sədri və Beynəlxalaq Əlaqələr üzrə Komitəsinin Sədr müavini vəzifələrində işləmişdir.
2001-ci il iyulun 3-dən “BKR İşık Konsaltinq” MMC də auditor kimi fəaliyyətə başlamışdır.
Hal-hazıradək “BKR Consulting” MMC-nin direktor–auditoru kimi fəaliyyət göstərir.
2008-ci ildən BKR International Beynəlxalq Audit Şirkətinin Azərbaycan Nümayəndəliyi olan BKR IŞIK Consulting şirkətinin İdarəedici Partnyorudur.
2010-cu ildə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli  Sərəncamı ilə  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya