Hüseynov Zamin Ramazan oğlu

1957-ci il sentyabrın 20-də Lənkəran şəhərində anadan olub.
1978-ci ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının "İqtisadçı" ixtisasını bitirmişdir. 1984-cü ildə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun "İqtisadiyyat" ixtisası üzrə fəlsəfə doktoru adını almışdır.
1997-2003-cü illərdə “MAK Consultancy Baku Ltd” Müştərək Müəssisəsində baş direktor vəzifəsində işləmişdir.
2003-cü ildən hal-hazıradək “MAK Azərbaycan Ltd” (2003-2007 illərdə “AGN MAK Azərbaycan Ltd” adlanırdı) direktor-auditor vəzifəsində işləmişdir.
Hal-hazırda “ABAK-Az Crovve LTD” MMC-də direktor-auditor vəzifəsində işləyir.
Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli  Sərəncamı ilə  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya