İbrahimov Elnur Elxan oğlu

1975-ci il avqustun 15-də Ağdam şəhərində anadan olmuşdur.
1997-ci ildə Xəzər Universitetinin “Hüquq və sosial elmlər” fakültəsini bitirmişdir.

2004-cü ilin sentyabr-oktyabr aylarında Varşava şəhərində ATƏT və insan haqları üzrə  Helsinki fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən insan haqlarının müdafiəsi üzrə beynəlxalq  yay məktəbini bitirmişdir.
1998-2005-ci illərdə  “Viza” hüquq firmasında hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2005-2009-cu illərdə isə “Viza Audit” MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.
2009-cu ildən hal-hazıradək sərbəst auditor kimi fəaliyyət göstərir.
2017-2018 illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Məhkəmələrlə İş və inzibati protokollar şöbəsinin müdiri  vəzifəsində;

2018-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsinin rəisi;

2018-2019  illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının  Auditdə innovasiyaların tətbiqi idarəsinin rəisi;

2019-cu il yanvarın 1-dən aprel ayın 1-dək Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquqi təminat və  standartlaşdırma  idarəsinin rəisi;

2020-2021-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquqi təminat idarəsinin rəisi;

2021-ci il yanvarın 5-dən etibarən isə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditin hüquqi tənzimlənməsi, dempinqə qarşı mübarizə və keyfiyyətin yüksəldilməsi idarəsinin rəisi vəzifəsində işləyir.
2018-2019-cü illərdə  Azərbaycan Respublikası Auditorlar Palatasının Şurasının üzvü olmuşdur.
2006-ci ildən Azərbaycan Hüquqçular asossasiyasının idarə heyətinin üzvüdür.
 2014-2018-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının nəznində Qanunericilik və hüquqi məsələlər üzrə komitəsinin sədri olmuşdur.
2020-ci il yanvar ayından hal-hazıradək Azərbaycan Respublikası Auditorlar Palatası Şurası nəznində Keyfiyyətə Nəzarət  üzrə komitənin sədr müavini və sədr əvəzedicisidir.

Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli  Sərəncamı ilə  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya