Qurbanov Abbasəli Şükür oğlu



1960-cu il sentyabrın 24-də Krasnoselo rayonu Ardanış kəndində anadan olmuşdur.
1987-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrufatı İnstitutunun "İqtisadçı" ixtisasını bitirmişdir.
1996-ci il mayın 31-də Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən ilk dəfə Sərbəst Auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış və 1997-ci il dekabrın 25-də sərbəst auditor kimi fəaliyyətə başlamış, sonradan “RR&VAM Beynəlxalq” müstəqil auditor firmasında auditor vəzifəsində işləmişdir.
2007-ci il iyulun 27-də Auditor təşkilatının üzvlüyündən çıxaraq yenidən sərbəst auditor kimi fəaliyyətə başlamışdır.
2017-ci ildə "Analitik Audit Konsaltinq" MMC-də direktor-auditor vəzifəsində işləyir.
2007-ci ildə “Fəxri fərman” və 2010-cu ildə “Fəxri auditor” döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli  Sərəncamı ilə  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

 

Qalareya