Vəlizadə Səftər Vəli oğlu

Vəlizadə Səftər Vəli oğlu 1989-cu ildə anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, 2013-cü ildə isə “Strateji idarəetmə” ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda doktorantura təhsilini bitirmiş və hazırda “Ermənistan İqtisadiyyatı və onun istiqamətləri” mövzusunda fəlsəfə doktorluğu dissertasiya işi hazırlamaqdadır. Məqalələri mətbuatda və elmi jurnallarda dərc olunmuş və Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və digər təşkilatlar tərəfindən mükafatlara layiq görülmüşdür. 2012-ci ildə Vergilər Nazirliyinin işə qəbul müsabiqəsindən uğurla keçmişdir. 2012-2015-ci illərdə Azərsun holdinq və onun tərkibində olan şirkətlərdə mühasib, aparıcı mühasib və baş mühasib vəzifələrində çalışmışdır. 2015-ci ildə hal-hazırda da yüzlərlə şirkətə uğurla xidmət göstərən mühasibat uçotu və vergi sahəsində “SR Tax Solutions” MMC-nin və gömrük brokerliyi sahəsində “SR Customs Services” MMC-nin təsisçilərindən olmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olaraq sərbəst auditor kimi fəaliyyətə başlamışdır. 2019-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının lisenziyası əsasında fəaliyyət göstərən “SR Audit Solutions” MMC-nin təsisçisi və direktorudur. Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında Beynəlxalq Audit Standartları və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə komitənin sədr müavini və Keyfiyyətə Nəzarət Komitəsinin müfəttişidir. “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf Konsepsiyasının (2021-2030-cu illər)” həmmüəllifidir. “Azərbaycan Respublikasında kölgə iqtisadiyyatının azaldılmasına dair Yol Xəritəsi” və “Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiyanı” hazırlayan işçi qrupunun üzvü olmuşdur. “Maliyyə hesabatları” adlı kitabın müəllifidir. Ailəlidir, iki övladı var.

 

Qalareya