Abbaslı Namiq Rasim oğlu 25 aprel 1971-ci ildə Tovuz şəhərində anadan olmuşdur.
1988-ci ildə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini bitirmişdir və N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına (sonradan Azərbaycan Dövlət İqtisad İnstitutu) daxil olmuşdur.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun İstehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsini bitirmişdir.
1994-1996-cı illdərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
1992-1999-cu illərdə müxtəlif müəssisələrdə mühasib və Baş mühasib vəzifələrində işləmişdir.
2000-ci ildən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüdür.
2004-cü ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) üzvüdür.
2000-2014-cü illərdə Sərbəst auditor kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən hal-hazıradək “ANR Audit” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir.
2004 - 2014-cü illərdə Auditorlar Palatasının Şura üzvü olmuşdur.
Auditorlar Palatasının üzvü kimi bir çox xarici ölkələrdə keçirilmiş konfrans və seminarlarda iştirak etmişdir. 2011-ci ildə Auditorlar Palatası tərəfindən dərc edilmiş “Audit” dərs vəsaitinin müəlliflərindən biridir.
2008-ci ildə Auditorlar Palatası tərəfindən “Fəxri auditor” adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 04 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qalareya