İsmayilov Fəxrəddin Həsən oğlu

 

Sədr müavini

İSMAYILOV Fəxrəddin Həsən oğlu

Tel.: 012/564-83-66 (daxil: 200)

Qəbul günü: çərşənbəsaat 15.00-dən 18.00-dək 

1947-ci il dekabrın 13-də Azərbaycan Respublikasının Fizuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur.

1963-cü ildə orta məktəbini, 1974-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.  

1968-1974-cü illərdə Bakı çörək ticarət idarəsində müdir müavini və müdir vəzifələrində işləmişdir.  

1974-1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1975-1981-ci illərdə “Azneftkəşfiyyat”-ın FTŞ-nin müdiri və bazanın direktoru vəzifələrində işləmişdir.  

1981-1982-ci illərdə “Xəzərdənizneftqazsənaye” İB Qaradağ FTŞ-nin müdiri vəzifəsində işləmişdir.

1982-1990-cı illərdə Qaradağ rayon “Qarışıqticarət” idarəsində şöbə müdiri və  direktor müavini vəzifələrində işləmişdir.  

1990-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin FTŞ-nin müdiri və birliyinin rəisi vəzifələrində işləmişdir.

1995-1996-cı illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin “Azərterminalkompleks” Xarici İqtisadi Əlaqələr Birliyinin rəis müavini vəzifəsində işləmişdir.

1996-cı il aprel ayının 23-dən indiyə kimi Azərbaycan Respublikası Auditorlar Palatasının sədrin müavini vəzifəsində işləyir.

Auditorlar Palatasında idarəetmə orqanı olan Şuranın üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Dörd övladı var.

Qalareya