Axundov Nazim Zakir oğlu      

1962-ci il  avqustun 5-də Lənkəran şəhərində anadan olmuşdur.
1986-cı ildə Voronej (Rusiya) Dövlət Universitetinin İqtisad fakültəsini bitirmişdir.
1997-1998-ci illərdə "KPMG Azərbaycan Limited" şirkətində auditor və vergi məsləhətçisi kimi işləmişdir.
1998-ci ilin 13 oktyabr tarixindən bu günədək Sərbəst Auditor kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Auditorlar Palatası tərəfində keçirilən tədbirlərdə fəal iştirak etmişdir.  
"Sahəvi audit proqramları"-ın və "Audit" dərs vəsaitinin 1-ci və 2-ci nəşrinin müəlliflərindəndir.
Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında komitələrinin üzvüdür.
2012-ci ildə Auditorlar Palatasının “Fəxri auditor” döş nişanına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2021-cı il 15 aprel tarixli  Sərəncamı ilə  Azərbaycan Respublikası Auditorlar Palatasının 25 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Qalareya